Edinburq Britaniya şəhərləri arasında ilk dəfə turist vergisi tətbiq edəcək


Digərləri 10 Fev 2019 07:55:00 234 0

Edinburq Britaniya şəhərləri arasında ilk dəfə turist vergisi tətbiq edəcək

Şotlandiyanın paytaxtı Edinburq Böyük Britaniya şəhərləri arasında ilk dəfə 2 funt-sterlinq məbləğində turist vergisi tətbiq edəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, müvafiq qərar bu yolla hər il xəzinəni 14,6 milyon funt sterlinqlik əlavə gəlirlə doldurmağa ümid edən şəhər şurası tərəfindən qəbul olunub. Vergi qonaqların gecələdiyi otel nömrələrindən ilk yeddi gün ərzində gündəlik tutulacaq. Kempinqlər - avtoturistlər üçün nəzərdə tutulan düşərgələr istisna təşkil edəcək.

Ümumşəhər məsləhətləşmələrində iştirak edən Edinburq əhalisinin 91 faizi turizm vergisinin tətbiqini dəstəkləsə də, Böyük Britaniyanın şimal regionunda bu sahə ilə məşğul olan təşkilatlar və otel sahiblərinin yarıdan çoxu verginin əleyhinə çıxıb.