Ermənistanda 32 uşaq zorlanıb


Dünya 10 Fev 2019 07:11:00 221 0

Ermənistanda 32 uşaq zorlanıb

Ermənistanda uşaqlara qarşı törədilən cinayətlər, o cümlədən seksual zorakılıq halları artıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Ermənistan İstintaq Komitəsinin məlumatına görə, 2018-ci ildə azyaşlılara qarşı cinayət əməllərinin sayı 317 olub ki, halbuki 2017-ci ildə bu rəqəm 265 təşkil edib. Azyaşlılara qarşı cinayətlərin bir hissəsi seksual xarakter daşıyır. Belə ki, ötən il bu ölkədə uşaqlara qarşı 32 zorlama cinayəti törədilib. Həmçinin 41 fiziki güc tətbiq etməklə xəsarət yetirilməsi, 15 valideynin uşağından imtina etməsi halları qeydə alınıb. Ağır cinayətlər sırasında azyaşlıların oğurlanması üzrə 10 cinayət işi qaldırılıb. Bundan başqa, iki azyaşlının öz anaları tərəfindən öldürülməsi və uşaqların orqan alverinin qurbanı olması faktları üzrə də istintaqlar aparılır.