"Liverpul" böyük hesablı qələbə qazanaraq yenidən turnir cədvəlinə başçılıq edir


Digərləri 10 Fev 2019 07:12:00 215 0

"Liverpul" böyük hesablı qələbə qazanaraq yenidən turnir cədvəlinə başçılıq edir

"Liverpul" futbol klubu İngiltərə Çempionatının 26-cı turu çərçivəsində "Bornmut" üzərində böyük hesablı qələbə qazanıb.

Bakı. "Liverpul" futbol klubu İngiltərə Çempionatının 26-cı turu çərçivəsində "Bornmut" üzərində böyük hesablı qələbə qazanıb. Trend-in məlumatına görə, "Enfild" stadionunda keçirilən oyun 3:0 hesabı ilə yekunlaşıb. Qolları Sadio Mane (24-cü dəqiqə), Corcinyo Veynaldum (34) və Məhəmməd Salah (48) vurub.