Brendlərin irqçilik səhvləri FOTO


Digərləri 10 Fev 2019 07:00:00 238 0

Brendlərin irqçilik səhvləri  FOTO

"Gucci" brendi yenə dünyanın diqqətini öz üzərinə çəkməyə nail olub. Amma bu dəfə yeni kolleksiyanın yaradıcıları "Gucci" sevənlərin hiddətinə səbəb olublar. Belə ki, yun qara sviterin boğazındakı dodaq yarığı rasizmin bariz nümunəsi hesab edilib. Sosial şəbəkə istifadəçilərinin qaradərililərə qarşı irqi təhqir iddiasından sonra brend rəhbərliyi "Gucci"nin rəsmi səhifəsində açıqlama yayımladı. Açıqlamada deyilib ki, həmin qara sviter dərhal satışdan çıxarılacaq və bu hal komanda üçün unudulmaz həyat dərsi olacaq.

Son.az xəbər verir ki, "Gucci"dən əvvəl "Prada" brendi də oxşar qalmaqalla rastlaşmışdı. Belə ki, Pradamalia kolleksiyasındakı Otto Toto adlı meymun fiquru irqçiliyə işarə kimi dəyərləndirilmişdi.


Xəbərə aid fotolar