Pensiyaçılar üçün on ən yaxşı ölkədən biri


Digərləri 10 Fev 2019 02:30:00 212 0

Pensiyaçılar üçün on ən yaxşı ölkədən biri

"International Living" jurnalı pensiyaçıların yaxşı yaşadığı ölkələrin ənənəvi reytinqini təqdim edib. İspaniya ilk onluqda yer alıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, reytinqin tərtibində iqlim, dolanışıq xərcləri, tibbi xidmət səviyyəsi və bürokratiya kimi amillər nəzərə alınıb.

Pensiya ilə dolanmaq üçün ən yaxşı yer Panama sayılıb. Kosta-Rika, Meksika, Ekvador, Kolumbiya, Peru, Malayziya, Portuqaliya və Tailand kimi ölkələrdən geri qalan İspaniya ilk onluğu tamamlayıb.

Mükəmməl çimərlikləri və Qərbi Avropaya xas həyat keyfiyyəti İspaniyanın üstünlükləri sırasındadır. Nəşr, həmçinin meşələrinə, dağlarına, gülərüz insanlarına və qastronomiyasına görə ölkənin şimal hissəsini - Navarra, Kantabriya, Asturiya, Qalisiya və Basklar Ölkəsini ayırıb.