Alimlər: Yer kürəsində qlobal istiləşməyə rəğmən daha da soyuyacaq yer var


Digərləri 10 Fev 2019 00:45:00 260 0

Alimlər: Yer kürəsində qlobal istiləşməyə rəğmən daha da soyuyacaq yer var

XXI əsrdə havanın dəyişməsi daha da kəskin və gözlənilməz olacaq. Son.az AZƏRTAC-a istinadən bildirir ki, beynəlxalq alimlər qrupu ilk dəfə olaraq təfsilatı ilə Qrenlandiya və Antarktida buzlaqlarının əriməsinin okean temperaturuna və hava axınının dövr etməsinə təsirinin modelini hazırlayıblar.

"Kanada, Böyük Britaniya, Almaniya, ABŞ və Yeni Zelandiya universitetlərinin mütəxəssisləri belə bir qənaətə gəliblər ki, hazırkı qlobal hökumət kursunun qorunub saxlanacağı təqdirdə bizi sənayeyə qədər olan dövrlə müqayisədə orta temperaturun 3-4 dərəcə artması gözləyir. Bu, okeanda qar sularının həcminin əhəmiyyətli dərəcədə artmasına, hava cərəyanın və planetin temperatur rejiminin pozulmasına gətirib çıxaracaq", - deyə tədqiqat layihəsinin rəhbəri, professor Nik Qollec təsdiq edir.

"Alimlər iddia edirlər ki, onların regionlar üzrə bölünmüş proqnozları hazırda ən dəqiq olanıdır. Bundan ötrü alimlər buzların əriməsinin kompleks iqlim təsirlərinin yüksək detallaşdırılmış modellərini buzlaqlarda bu yaxınlarda baş verən proseslərin peyk müşahidələri ilə kombinə ediblər", - deyə "EurekAlert" bildirir.

Alimlər 2065-2075-ci illərdə dünya okeanı səviyyəsinin ən sürətlə artmasını proqnozlaşdırırlar ki, bu da havanın temperaturunun dəyişməsinə gətirib çıxaracaq.