Günün qoroskopu: Səbriniz tükənsə belə, soyuqqanlı olun


Digərləri 10 Fev 2019 00:01:00 303 0

Günün qoroskopu: Səbriniz tükənsə belə, soyuqqanlı olun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - günlə bağlı böyük gözləntiləriniz olmasın. Əməkdaşlığına dəyər verdiyiniz tərəfdaşa qarşı iddiaları və iradları minimuma endirin. Problemlərin işin gedişatında əhəmiyyətli çatışmazlıqları üzə çıxardığı məqamlarda qərarlar və tədbirlər radikal ola bilər. İşlərinizdə və münasibətlərdə eksperimentlərə təşəbbüs göstərməyin.

Təhlükəsizliyinizin təminatını düşünün. Təlimatları və qaydaları pozmayın. Tanımadığınız yerlərdə axşam saatlarında dolaşmayın. Ətrafınızdakı insanları mövqeyinizi qəbul etməyə, bölüşməyə vadar etməyin.

İşlərin gedişatına yarıtmaz düzəlişlər etməyin. Şəxsi münasibətlərdə inciklik üçün səbəb aramayın.  

Buğa - ətrafınızdakı insanlar diqqət mərkəzinizdə olan situasiyanın mahiyyətini görməyə şərait yaradacaqlar. Potensialınızdan yararlanın, prinsiplərinizə xəyanət etməyin.

İşlərin gedişatını nizama salmaq üçün səbatlı mövqedə qalın. Yaxın gələcəkdəki işə hazırlaşın. Çünki az sonra status-kvonu qorumaq üçün həvəs və istəyiniz olmayacaq.

Təhlükəsizliyinizi təmin edin. Yaxınlarınızın qeydinə qalın.

Məsləhətlərə qulaq asın. Tərəfdaş və şəriklərin əsas işdən kənar durmalarına yol verməyin.

Əkizlər - bu gün yaxşı heç nə vəd etmir. Situasiya ilə barışın, uğursuzluğa səbəb olan məqamlara kəskin etiraz etməyin. Əldə etməkdən daha çox verməli olacaqsınız. Şərtlərin nəzərə almaması səhhətinizə mənfi təsir edə bilər. İntensiv rejimdə çalışaraq yorulmalı olacaqsınız. Tanışlardan biri köhnə vədi xatırladacaq.

İmkan varsa, mühüm görüş və ya görüşü sabahkı günədək təxirə salın. Emosional vurnuxmalar, zəiflik, nervoz davranış sizə planlaşdırılan işi görməyə mane olacaq.

Mümkün qədər çox fiziki iş görərək stressdən qurtulun. Rasionunuza fikir verin.

Xərçəng - bütün cəbhələrdə uğur qazanmaq istəyirsinizsə, səhhətiniz ağır zərbəyə məruz qala bilər. Maraq dairəinizi həll etməyə çalışdığınız məsələlərlə məhdudlaşdırın. Fəqət, başladığınız hər işi mütləq başa vurmağa çalışın.

Ətrafınızdakı insanlarda əlverişli təklifər alar bilərsiniz. Cari fəaliyyətdə yeni ideyalar axtarışı stimullaşacaq. Planlarınızı reallaşdırmaq üçün yeni müttəfiqi sizdən uzaqda olan insanın sayəsində qazanacaqsınız.

İntellektual və fiziki yükü ifrata çatdırmayın.

Axşam saatlarında aktiv istirahəti seçin.

Şir - işgüzar aktivliyi həddən artıq intensivləşdirməyin. Məqsədə sürətlə çatmaq istəyini ətrafınızdakı insanların gözləntilərinə uyğunlaşdırmağa çalışın. İşdə rəhbərliyin, evdə valideynlərin məsləhətlərinə diqqətlə qulaq asın.

Statusu olan və ya ailə ierarxiyasında yüksək yer tutan insan öz mövqeyini, baxışlarını sizə qəbul etdirməyə çalışacaq. Soyuqqanlı davransanız, yaşananlardan faydalana bilərsiniz.

Şəxsi maraqlarınız sizin fikrinizi qata bilər. Özünüzün və ətrafınızdakı insanların əhvalını korlamayın.

Qız - ətrafınızda olanlardan biri hissləriniz və maraqlarınız hesabına mövqeyini möhkəmlətməyə çalışır. Narazılıq, yığılan gərginlik aktivləşərək aşkar qarşıdurmaya çevrilə bilər. Münaqişə üçün kiçik qığılcım yetər. İşlər istədiyiniz sürətlə irəliləmir.

Ev işləri,məişət qayğılarını unutmayın. Yaxınlarınızla ünsiyyət, açıq havada gəzinti xoş emosiyalar bəxş edəcək.

Şəxsi münasibətlərdə gərginlik yaratmayın. Sizi narahat edən məsələ ilə bağlı həssaslıqla danışın. Səmimiyyət sözlərdən önəmlidir.

Tərəzi - qarışıq, təbəddülatlı gündür. Çox görüşlər keçirməli, məlumat almalı, informasiyaları təhlil etməlisiniz. Mübahisələrə qatılmayın - onlarda heç bir fayda yoxdur. Münaqişəli situasiyalarda kimin haqlı olduğunu anlamaq asan deyil. Ən yaxşısı odur ki, cari işə fikir verin, xırdalıqları diqqətdən qaçırmayın.