Alman əsirinin xatirələri böyük marağa səbəb olur


Digərləri 09 Fev 2019 23:37:00 230 0

Alman əsirinin xatirələri böyük marağa səbəb olur

"Azərbaycan xalqı çox gözəl, multikultural xalqdır. Onlar hətta, əsirlərə də çox yaxşı münasibət bəsləyirlər". Bu sözləri 1945-50-ci illərdə Mingəçevirdə olan bir alman əsir öz gündəliyində qeyd edib. Gündəliyi isə 1998-ci ildə yenidən Azərbaycana gələrək Mingəçevir tarix muzeyinə təhvil verib. Bu gündəlik hazırda xarici turistlərin ən çox maraq göstərdikləri eksponatlar sırasındadır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycan xalqının multikulturallığını alman əsir öz gündəliyində qeyd etdi.

Mingəçevir Tarix Muzeyində 16 min eksponat var, amma onlar arasında ən diqqət çəkəni alman əsirin 108 vərəqli gündəliyidir. 21 il öncə muzeyə təqdim edilən əlyazma alman vətəndaşı Villi Deşşə məxsusdur. O, 1945-50-ci illərdə alman əsirlərin Mingəçevirdə məşğuliyyəti, həyat tərzi və onlara olan münasibəti qələmə alıb.

48 il sonra isə 5 əsir yoldaşı ilə Azərbaycana qayıdan Villi Deşş ölən əsir yoldaşlarının qəbrini ziyarət etmək və şəhəri yenidən görmək üçün Mingəçevirə gəlib. Xatirələrini yazdığı gündəliyi də Tarix muzeyinə təqdim edib.