Dünyaya səs salan "Ayrılıq" mahnısının


Dünya 09 Fev 2019 22:16:00 211 0

Dünyaya səs salan "Ayrılıq" mahnısının

"Dünyaya səpələnmiş azərbaycanlıların Vətən həsrətini, bölünmüş millətimizin milli birlik arzusunu yüksək sənət dili ilə ifadə edən məşhur "Ayrılıq" mahnısının mətninin müəllifi, əslən Ərdəbilin Korabas kəndindən olan şair Fərhad İbrahimi dünən Tehranda vəfat edib".

Son.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rütəmxanlı feysbukda yazıb.

O bildirib ki, "Ayrılıq" şerinə musiqini Güney Azərbaycanın məşhur tarzəni və bəstəkarı Əli Səlimi yazıb:

"Mahnını ən gözəl ifa edən və dünyaya yayan Yaqub Zurufçudur. "Ayrılıq" milyonlarla soydaşımızı birləşdirən bir könül körpüsüdür və öz müəlliflərini həmişə diri saxlayacaq. Dünya Azərbycanlıları Konqresi adından Fərhad İbrahimin yaxınlarına baş saglığı verir, ona Allahdan rəhmət diləyirəm".

Qeyd edək ki, Fərhad (Rəcəb) İbrahimi "Ayrılıq", "Açıl Səhər" və "Ağlama" kimi mahnıların sözlərinin müəlifidir. Fərhad İbrahimi, Fatma Qənnadi və Əli Səlimi Azərbaycanlı musiqiçi mərhum Əli Səliminin Fərhad İbrahiminin sözlərinə bəstələdiyi Ayrılıq mahnısını bəstəkarın həyat yoldaşı Fatma Qənnadi ilk dəfə 1958-ci ildə Tehran Radiosunda səsləndirib.