Bu mühüm dəstənin mövqeyinin cəmiyyətə təsiri


Digərləri 09 Fev 2019 22:20:00 230 0

Bu mühüm dəstənin mövqeyinin cəmiyyətə təsiri

(Ayətullah Müctəba Tehraninin əxlaq dərslərindən)

Təəssüf ki, müasir dövrümüzdə həyadan uzaq əməllərə tez-tez rast gəlinir.

Bunu nəzərə alaraq, həyadan uzaq olmağın islah yollarına nəzər salaq.

Cəmiyyətdə həyadan uzaq olmağın yaranmasına bir çox amillər təsir qoyar ki, onlarla tanış olaq.

1. Həyadan uzaq olmağı yaymaq. Bəzən həyadan uzaq olmaq - insanların qəbahətli və çirkin işlərinin sayəsində yayılar. Bəzən də danışıq və rəftarda olan həya pərdələrinin mətbuat vasitəsilə aradan qaldırılması sayəsində. Həm mətbuat və həm də internet bu kimi əməllərin yayılmasına səbəbkar olarlar.

2. Həyasızlıq qarşısında sükut etmək. Bəzən də insanlar həyadan uzaq olmağı yaymaz, amma onun qarşısında sükut edərlər. Bu sükutun özü də əslində həmin əmələ razı olub, onu yaymaq deməkdir. Əgər bir mömin, qarşısında olan insanın danışığında, rəftarında olan həyasızlığı görər və onu bu işdən  çəkindirməzsə, sükut edərsə - özü də həmin əmələ şərik olmuş olar.