Əfqanıstanda ən azı 56 "Taliban" üzvü məhv edilib


Dünya 09 Fev 2019 21:41:00 206 0

Əfqanıstanda ən azı 56 "Taliban" üzvü məhv edilib

Əfqanıstanda xarici terrorçular və "Taliban" qruplaşmasının üzvlərinə qarşı yönələn əməliyyatlar çərçivəsində ən azı 56 terrorçu məhv edilib.

Son.az Trend-ə istinadən bildirir ki, Gilmend vilayətində "Taliban" qruplaşmasının 31 üzvü məhv edilib, terrorçuların partlayıcı qurğuları, silah və döyüş sursatları ələ keçirilib.

Yerli KİV-lər qeyd edir ki, daha 11 talib xüsusi təyinatlı qüvvələrin Vardak vilayətinin Seyidabad qəzasında keçirdiyi əməliyyat nəticəsində öldürülüb.

Hərbi mənbələrin məlumatına görə, digər terrorçular Loqar (2 terrorçu), Kunar (1 terrorçu), Qazni (4 terrorçu) vilayətlərində və Tarinkot (7 terrorçu) şəhərində məhv edilib.