NVIDIA səhmləri $3,3 milyard mənfəətlə satıldı


Digərləri 09 Fev 2019 21:50:00 226 0

NVIDIA səhmləri $3,3 milyard mənfəətlə satıldı

Yaponiyanın SoftBank Group-na məxsus olan Vision Fund, ABŞ-ın qrafik həlləri istehsalçısı Nvidia şirkətinin 4.9% -ni satıb.

Vision Fund, 2017-ci ilin may ayında Nvidia-ya sərmayə qoyacağını elan etmişdir. Bloomberg mənbələri, fondun səhmləri 4,9% -ni 4 milyard dollara satın aldığını qeyd etmişdir. Lakin, SoftBank-ın rəhbəri olan Masayoshi Son, şirkətin xüsusi dəyərində ticarət strategiyasından istifadə etdiyini söyləyib. Bu strategiya, səhmlərin kəskin düşdüyü bir halda zərərləri ödəmək imkanını yaradacaq.

Son.az bizplus.az-a istinadən bildirir ki, nəticədə, Vision Fund, hər bit səhmi 218 dollara satıb. Xatırladaq ki, bir səhmin orta qiyməti 105 dollar olmuşdur. Nvidia-ya qoyulan investisiyalardan SoftBank gəlirləri 3,3 milyard dollar təşkil edib.