İnsan şəklərdən xilas olub, yəqinə çatmaq üçün nə etməlidir?


Digərləri 09 Fev 2019 21:20:00 242 0

İnsan şəklərdən xilas olub, yəqinə çatmaq üçün nə etməlidir?

Əgər meşədə gəzəndə ağaclara diqqətlə baxsaq, görərik ki, bəziləri yaxşı qol-budaq verib, yaşıllaşıbdır. Ancaq aralarında elə ağaclar vardır ki, quruyublar və cürümək üzrədirlər.

Şəkk və şübhə də insan ruhuna həmin qurumuş ağac kimi təsirlər qoyar. Bizi öldürər və hərəkətsiz edər. Tərəqqi və təkamülü bizdən alar.

Ona görə də deyə bilərik ki, şəkk və şübhə - insanı əsil hədəfinə çatmaqdan saxlayan ən qorxulu amildir.

Bəs yəqinə necə çata bilərik?

Son.az deyerler.org-a istinadən bildirir ki, bu suala cavab verməzdən əvvəl şəkkə məna verməyə çalışaq. Şəkk, bir işi görən zaman iki ürəyə malik olmaq və dayanmaq mənasını verir. İnsan heç bir tərəfə qarşı yəqinlik əldə etməz. Ona görə də şəkk insana izritab gətirər.Cəhalətin bir növü hesab olunur.

İndi isə gələk yəqinə çatmaq mərhələsinə. Necə edə bilərik ki, həyatımızda şəkk və şühbədən uzaq olaq və yəqinə çataq?

Yəqin odur ki, insan gördüyü işə qarşı açıqlıq və aydınlıq əldə edər.

Yəqinlik, insan qəlbinə aramlıq verər və onu təşvişdən uzaqlaşdırar. Onu hədəfinə çatdırar.