Nüfuzlu ekspertin məşhur futbolçulara verdiyi yuxu tövsiyələri


Digərləri 09 Fev 2019 21:25:00 276 0

Nüfuzlu ekspertin məşhur futbolçulara verdiyi yuxu tövsiyələri

Daha yaxşı yatmaq istəyirsiniz? Bu suala "Bəli" cavabını vermək istəyənlərin sayı artmaqdadır. Doyunca yatmaq üsulları ilə bağlı geniş yayılan məsləhətlər bunlardır:

Televizoru otaqdan çıxarın, yatmazdan bir-iki saat əvvəl smarfondan uzaq durun, əmin olun ki, yatağınız rahatdır.

Bəs görəsən, dünyanın aparıcı futbolçularına kömək edən mütəxəssisin dərin yuxu sirləri nədən bəhs edir?

Yuxu üzrə nüfuzlu ekspert Nick Littlehales məşhur idmançılara verdiyi tövsiyələrini BBC-nin "Don't Tell Me The Score" proqramının aparıcısı Simon Mundy ilə bölüşüb.

1. Saat yox, dövri yuxu kəsimlərini düşünün

Oyanmadan 8 saatlıq gecə yuxusuna ehtiyac mifdir, Nick deyir.

Yatarkən biz bir-birini əvəz edən Qeyri Sürətli Göz Hərəkəti yuxusu (Non Rapid Eye Movement ) və Sürətli Göz Hərəkəti (REM) yuxusuna dalırıq və beləliklə yuxu 90 dəqiqəlik dövrü fazalardan ibarətdir.

Həmin 90 dəqiqəlik yuxu intervallarına riayət etmək mühümdür. Bunun üçün oyanmadan yatdığınız yuxu müddəti yeddi yarım, 6 və ya dörd saat yarımlıq kəsimlərə bərabər ola bilər.

Yatağa getmək vaxtını hesblamaq üçün 90 dəqiqəlik yuxu fazalarını səhər oyanma vaxtından geriyə doğru hesablamaq məsləhətdir.

Misal üçün: 18:30-da oyanmaq istəyirsinizsə, saat 05:00, 03:30, 02:00, 12:30 və ya 23:00-da yatmaq lazımdır.

2. Bir gecə yox, bütöv həftə ərzində ümumi yuxu həcmini düşünün

Bir gecə ərzində yuxu həcmindənsə, gün və ya həftə ərzində yatdığınız saatların ümumi hesabı daha önəmlidir.

"İstədiyimiz budur ki, gündə 5 saat olmaq şərti ilə 7 gün ərzində 35 dövrü yuxu kəsimlərinə nail olaq", Nick deyir.

Tələb edilən sayda dövrü yuxu kəsimlərinə riayət etmək üçün bir gecə yatağa gec gedəndə, ertəsi gün daha erkən yatmalısınız.

Yuxunu iş və sosial cədvəli nəzərə almaqla bir həftə əvvəl planlaşdırmaq məsləhətdir.

3. Fasiləli və yaxud çoxfazalı yuxu

Nick deyir ki, elektrik işığı icad edilənədək insanların çoxu körpə uşaqlar kimi fasiləli şəkildə yatardı.

"Daha qısa, lakin daha tez-tez yuxuya dalardılar".

Yuxusuzluq beyinə necə təsir göstərir?

40 yaşdan sonra 25 saatdan çox iş insanı keyləşdirir

Sirkad ritmi prosesinin dövrü 24 saata bərabərdir və "bir insan kimi biz tamamilə" bu prosesə tabe oluruq.

Gün ərzində müəyyən vaxtlar var ki, biz istirahət etməliyik.

Günorta da təbii yuxu vaxtıdır. Daha bir yatmaq vaxtı axşam saat 5 və 7-yə təsadüf edir.

İdmançılar bu təbii ritmlərə uyğun vaxtlarda istirahət edir.

Nick hesab edir ki, biz fasilə ilə gecə, günorta və axşam yata bilərik.