Tramp senatorlara hesabat


Dünya 09 Fev 2019 20:47:00 219 0

Tramp senatorlara hesabat

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudun jurnalist Camal Xaşoginin qətlində əli olub-olmadığı barədə Amerika Konqresinin senatorları qarşısında məruzə etməkdən yayınıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Senatın xarici məsələlər üzrə komitəsi hələ oktyabrın 10-da vəliəhd şahzadənin Xaşoginin ölümündə əli olub-olmamasını müəyyənləşdirmək və 120 gün ərzində öz qərarı barədə qanunvericilərə hesabat vermək tələbi ilə Donald Trampa məktub ünvanlamışdı. Müəyyən olunmuş vaxt fevralın 8-də sona çatıb.

ABŞ administrasiyası isə öz növbəsində prezidentin sorğuya cavab vermək öhdəliyinin olmadığını bildirib. Ağ Ev nəzdində milli təhlükəsizlik şurasında olan digər mənbənin sözlərinə görə, prezidentin müəyyən olunmuş vaxtda senatorların sorğusuna cavab vermək kimi hüquqi məsuliyyəti yoxdur. Lakin Dövlət Departamenti gün ərzində senatorlara izahat məktubu göndərəcək. Məktubun mövzusu barədə məlumat verilmir. Administrasiyadakı digər mənbələr isə Trampın Xaşoginin qətli ilə bağlı qanunvericilərlə müzakirələr aparmağa davam edəcəyini və günahkarların məsuliyyətə cəlb edilmələri üçün tədbirlər görəcəyini deyiblər.