Allergiyalı uşaq hansı həkimlərin nəzarətində olmalıdır?


Digərləri 09 Fev 2019 20:25:00 211 0

Allergiyalı uşaq hansı həkimlərin nəzarətində olmalıdır?

Allergiya hər bir insan orqanizmində mövcuddur. Bəzilərində isə bu çox qabarıqdır. Xüsusən azyaşlılarda qidalara qarşı reaksiya olur.

Bəs görəsən allergiyalı uşaqlarla necə rəftar olunmalıdır? Onları həkimə nə vaxt aparmaq məsləhətdir?  

Son.az medicina.az-a istinadən bildirir ki, allergiyası olan uşaqlar mütləq həkimə müayinə olumalıdırlar. Lakin həkimə getməzdən əvvəl mütləq bir əlamətlər haqda məlumat toplamlısınız. Uşağı narahat edən amillər barədə həkimə dəqiq məlumat verməlisiniz. Bunlar aşağıdakılardır:

Səpkilər hansı nahiyədə yaranır? Hansı sürtələ yayılır? Onunla mübarizə aparmaq üçün nələr edirsiniz?  

Mədə-bağırsaq traktında olan əlamətlər: ağrı, nəcisin tərkibinin dəyişməsi, yeməkdən sonra uşağın özünü aparması və s.

Tənəffüs sistemində olan əlamətlər: öskürək, burun axıntısı, gözdən yaş axması və s.