Lənkəranda 400 şagirdin təhsil aldığı məktəb


Digərləri 09 Fev 2019 20:13:00 186 0

Lənkəranda 400 şagirdin təhsil aldığı məktəb

Lənkəran rayonu Veravul kəndində yerləşən Canəli Əzimov adına 2 saylı orta məktəb binası yararsız vəziyyətdədir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Tədris binası kimi istifadə edilən binanın XX əsrin 50-ci illərində ferma məqsədilə tikildiyi qeyd olunur. Tam yararsız halda olan məktəb binasının döşəməsi çürüyüb, divarları qəzalı vəziyyətdədir. Tavanı isə hər an çökə bilər.

55 ildir ki, bu vəziyyətdə tədris üçün istifadə olunan binanın sonuncu dəfə sovet dövründə qapı və pəncərələrinə, döşəmə və divarlarına boya vurulub. Hazırda məktəb binasından 400-ə yaxın şagird, 40-a yaxın müəllim kollektivi tədris üçün istifadə edir.


Xəbərə aid fotolar