Müxlislər kimi ibadət etmək üçün bu şərti qəbul etmək lazımdır


Digərləri 09 Fev 2019 20:20:00 284 0

Müxlislər kimi ibadət etmək üçün bu şərti qəbul etmək lazımdır

O insanlar ki, Allahı tanıyır və Ona mərifət və elm üzərindən iman gətiriblər - həm namazlarını və həm də başqa ibadətlərini aşiqcəsinə yerinə yetirərlər, adət halını aldığı üçün deyil.

Allaha xalis ibadət edənlər, yəni müxlislər yaxşı bilirlər ki, nə edirlər və nə üçün edirlər. Çünki onların Allahın müqəddəs zati sifətlərinə elmləri vardır və Allahın sifətlərini yaxşı dərk edirlər.

Son.az deyerler.org-a istinadən bildirir ki, onlar Allahı tanıdıqları və Ona tam imanları olduqları üçün, xaliscəsinə ibadəti yerinə yetirərlər. Onlar Allahın onlara əta etdiyi nemətləri görər və ona görə şükür edən - şakir olarlar. Həmd və şükürlərini həmin xalis namaz və orucla bəyan etməyə çalışarlar. Onlar, Allaha olan elmlərinin səviyyəsinə görə məsuldurlar. Bu səbəbdən onların yerinə yetirdikləri namaz və oruc, öz elmlərinin səviyyəsinə görə ən yaxşı ibadət hesab olunur.

Əgər onlarla bu haqda söhbət etsəniz görərsiniz ki, necə aşiqcəsinə Allahdan və Onun qüdrətindən danışar, misallar çəkər və etiqadlarının xalisliyini bəyan edərlər. Allahın nemətləri qarşısında şükür etməyə belə, qadir olmadıqlarını dillərinə gətirərlər.