Aİ Azərbaycanda kənd təsərrüfatının subsidiyalaşdırılmasını dəstəkləyəcək


Digərləri 09 Fev 2019 20:20:00 205 0

Aİ Azərbaycanda kənd təsərrüfatının subsidiyalaşdırılmasını dəstəkləyəcək

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti Avropa İttifaqı (Aİ) ilə birgə subsidiyaların verilməsi üzrə layihə reallaşdırmağı planlaşdırır

Bakı. Sara İsrafilbəyova - Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti Avropa İttifaqı (Aİ) ilə birgə subsidiyaların verilməsi üzrə layihə reallaşdırmağı planlaşdırır. Bunu Trend-ə xidmətin rəhbəri Mirzə Əliyev deyib. O bildirib ki, layihənin aprelin 15-də işə salınması nəzərdə tutulur. M.Əliyev bildirib ki, bu cür layihələr və planlar çoxdur: "Bu layihələr arasında Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL), FAO ilə birgə məlumat və məşvərət xidmətlərinin təşkili layihəsini göstərmək olar".