Nanohissəciklər xərçəngin aşkarlanmasının yeni yolu


Digərləri 09 Fev 2019 20:05:00 239 0

Nanohissəciklər  xərçəngin aşkarlanmasının yeni yolu

Alimlər və həkimlər xərçənglə mübarizədə yeni yolların axtarılması məqsədi ilə olduqca kiçik hissəciklərdən istifadə edir. Bəzi nanohissəciklər xüsusi boya ilə xərçəng hüceyrələrinə daxil olduqda parıltı yaradır. Oreqon Ştat Universitetinin alimləri bu yolla şişlərin müəyyən edilib götürülməsini asanlaşdırır.

Nanohissəciklər kiçik gəmilər kimi insan orqanizmində yük daşıyıcısı rolu oynayaraq, xəsrçənc hüceyrələrini boyayır.

Bu rənglər bəzi hüceyrələri məhv etməklə yanaşı, cərrahların onları tam şəkildə təmizləməsinə imkan yaradır.

"Nanohissəciklər xərçəng hüceyrələrini boyayaraq 1) xəstəliyin diaqnoalaşdılması; 2) xərçəngin böyüməsinin müşihidəsi; 3) şişlərin çıxarılmasından sonra xərçəngin tam təmizlənməsini izləməyə imkan yaradır" - deyə, alim Kanan Şumann bildirib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, nanotəbabət ukraynalı alimlər Oleh və Olena Taratulalar tərəfindən ixtira edilib. Kimyəvi kompozisiyanın müəyyən edilməsi onların 4 ilini alıb.

"Boya üzvi həlledici və suda olan polimerdir. Onları qarışdırmaqla biz nano hissəciklər əldə edirik. İşığın təsiri ilə onlar hüceyrələri müəyyən və ifraz etdiyi istiliklə bədxassəli hüceyrələri məhv edir" , İlena deyib.