İnsan niyə dinə tərəf gedir?


Digərləri 09 Fev 2019 19:40:00 254 0

İnsan niyə dinə tərəf gedir?

İslam dininin nəzərinə görə, ölüm, insan həyatını sona çatdırmaz. Əslində bir aləmdən başqa bir aləmə keçməsinə səbəb olar. İnsanın o dünyadakı yeri isə bu dünyadakı əməllərindən asılıdır.

Ona görə də deyə bilərik ki, insan üçün iki həyat mövcuddur:

1. Maddi dünya həyatı.

2. Mənəvi axirət həyatı.

Son.az deyerler.org-a istinadən bildirir ki, insanın bu maddi dünyada yaşaması üçün bəzi ehtiyacları olduğu kimi, mənəvi həyatını davam etdirməsi üçün də bəzi ehtiyacları olar. Ancaq insanın maddi həyatı ilə axirət həyatı fərqlənər.

1. İnsanın dünya həyatının keyfiyyəti, ehtiyaclarını nə həddə təmin etməsindən asılıdır. Əgər insan bu ehtiyacları təmin etməzsə, dünya həyatının davam etməsi çətin olar. Ancaq axirət həyatı belə deyildir.

Axirət həyatının sonu olmaz. Ona görə də insan hələ bu dünyada olan zaman, axirət həyatının keyfiyyətli olması üçün səylər göstərməlidir.

2. Dünya həyatı səy və çalışma ilə dolu olar. İnsan bu yolla ehtiyaclarını təmin etməyə çalışar. Ancaq axirət həyatında, dünya həyatından fərqli olaraq, səy və çalışma olmaz. İnsan axirətdə dünyada göndərdiyi əməllərin səmərəsini yeyər. İnsanın bu dünyada gördüyü əməlləri əgər axirət niyyəti ilə olarsa, o zaman bu amil, axirətdə onu səadətə çatdırar.