İsrail əsgərləri Qəzzə sərhədində iki fələstinlini öldürüb


Digərləri 09 Fev 2019 19:25:00 200 0

İsrail əsgərləri Qəzzə sərhədində iki fələstinlini öldürüb

İsrail qoşunları cümə günü Qəzzə ilə İsraili ayıran hasar boyu keçirilən nümayişlər zamanı iki fələstinli yeniyetməni güllələyərək öldürüb.

Səhiyyə Nazirliyi bildirib ki, 14 yaşlı Həsən Şalabi Qəzzə zolağının cənubundakı ərazidə keçirilən etirazda sinəsindən vurulub. 18 yaşlı Məhəmməd İştivi isə Qəzzə şəhərinin şərqində baş tutan etirazda boynuna vurulan güllə nəticəsində həyatını itirib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, nazirlik əlavə 17 nəfərin yaralandığını da bildirib.

İsrail ordusu insidentlə bağlı şərh verməyib.

Cümə günü keçirilən etirazlarda minlərlə fələstinli iştirak edib. Onlar hasar boyu beş ayrı ərazidə toplaşaraq, sərhədin digər tərəfindəki İsrail qüvvələrinə daş atıblar. İsrail qoşunları isə cavab olaraq gözyaşardıcı qazdan istifadə edib və atəş açıb.