Bütün analar behiştə gedəcəkmi?


Digərləri 09 Fev 2019 19:10:00 237 0

Bütün analar behiştə gedəcəkmi?

Həzrət Peyğəmbərdən (s) belə bir hədis vardır ki, behişt anaların ayağı altındadır. Bəs görəsən bütün analar behiştə gedəcəklərmi?

Bu, elə sualdır ki, sanki deyirsən ki, görəsən bütün insanlar behiştə gedirlər?

İnsan o zaman behiştə gedər ki, əməlləri ona layiq olar. Bu qanun analara da aid edilir. İslam dini anaların məqamının uca olduğunu həmişə vurğulamışdır. Ancaq bu, o demək deyildir ki, bütün anaların behiştə daxil olmaq ləyaqəti vardır.

Ananın qəlbi mühümdür. Gərək bu qəlb sağlam və riqqətli olsun. Gərək bu qəlb Allahın hərəmi olsun. Gərək bu qəlb təqvalı olsun. "Və Biz insana ata-anası barəsində tövsiyə etdik. Anası onu (hamiləlik dövründə öz bətnində) getdikcə artan bir zəifliklə daşıdı (uşağa süd vermək və) süddən kəsmək iki il ərzində olur. (Dedik) ki: "Mənə və ata-anana şükür et ki,(hamının) dönüş(ü) Mənə tərəfdir"". ("Loğman" 14).