Rusiyada seks işçiləri necə yaşayır və onlara kim köməklik edir? FOTO


Digərləri 09 Fev 2019 19:19:00 73 0

Rusiyada seks işçiləri necə yaşayır və onlara kim köməklik edir?  FOTO

Son illər Rusiyada seks xidməti bazarı dəyişib. Əvvəllər bu sənaye narkotik asılılığı olan qızlarla əlaqələndirilirdi. Hazırda isə tipik seks işçisi 30 yaşinda, ipotekası olan, uşaq sahibi və yerli Özəl Mühafizə Təşkilatı ilə müqaviləsi olan qadınlardır. Ekspertlər belə deyir.

Üstəlik, Rusiyanın müxtəlif regionlarında seks sahəsində işi təhlükəsizlik etməyə çalısan müxtəlif təşkilatlar fəaliyyət göstərir.

2017-ci ilin payızında Saşa (qəhrəmanın xahişi ilə ad dəyişdirilib) bir kişinin mənzilinə gəlib.

Kişi onu binanın qabağında qarşılayıb.

"Görünüşü tamamilə normal idi, yaxşı geyinmişdi, bir az içkili idi. Biz onun mənzilinə qalxdıq. Mən duşdan çıxdıqdan sonra o mənə dedi: "Otur biz danışacağıq".

Mən görürdüm ki, o kiməsə mesaj yazır "o mənim yanımdadır".

Mən başa düşdüm ki "dəhşətlər" başlayır.

Bizim aramızda seks əlaqəsi oldu, təbii ki razılıqla deyil.

O, mənim sənədlərimi və hər iki telefonumu əlimdən aldı.

Məni hədələməyə başladı ki, səni öldürərəm, bura mənim dostlarım gəlir", deyə qız xatırlayır.

Qız hiyləgərlik etmək qərarına gəlir:

"İndi mənim arxamca sürücü gələcək və sənə çox pis olacaq".

Kişi isə deyir: Gəl küçəyə çıxaq və sənin sürücünə baxaq. Küçədə təbii ki, kimsə yoxdur.

"Mən qaçmağa cəhd etdim, o mənim arxamca gəldi və əlində bıçaq rayon ərazisində bir saat arxamca qaçdı".

Saşanın qışqırıqlarına baxmayaraq kimsə onun köməyinə gəlmədi. Qız yola qaçdı.

Onun dediyinə görə, təqibçinin yıxılması ilə faydalandı.

"Mən onu döyməyə başladım və nəticədə telefonlarımdan birini və pasportumu ondan almağa nail oldum. Maşın saxladım və sürücüyə dedim ki, qapıları bağla və sür gedək".

Dostları Saşanı polisə getməyə inandıra biliblər.

"Orada uzun müddət saxladılar, nəticədə təcavüz və qarətə cəhd barədə şikayət ərizəmi qəbul etdilər, talon verdilər. Biz polislərlə ünvana gedən zaman bəxtimiz gətirmişdi, o mənzildən çıxırdı. Mən dedim: bu odur. Onun əllərini bağladılar və biz bölməyə getdik. Orda onu sorğu-sual etdilər. Sonra polis məni çağırdı".

- "Sən axı fahişəsən, siz pulda razılığa gəlməmisiniz? Onu bağışla, o kontuziyalıdır.

(Sən demə o əvvəllər soyğunçuluqda mühakimə olunub)".

- "Deyirəm necə yəni bağışlayım?"

- "Vay axı heç nə baş verməyib ".

Layihə işi

Rusiyada seks işi ilə 3 milyon insan məşğul olur.

Bunu qeydiyyatdan keçməyən "Gümüşü qızılgül" seks işçiləri assosiasiyasının rəhbəri İrina Maslova deyir.

Dəqiq statistika yoxdur. Bu ölkədəki əhalinin ümumi sayına, rifah səviyyəsinə, sosial müdafiə və digər ölkələrlə analoji məlumatlara əsasən BMT üsulları əsasında hesablanıb.

Rusiya DİN-yi isə daha az, amma həmçinin ciddi rəqəm deyir.

Onların məlumatına görə, 2013-cü ildə ölkədə seks işilə bir milyon insan məşğul olub (yeni məlumat əldə etmək mümkün olmayıb).

Onlardan əksəriyyəti pula ehtiyacı olan adi adamlardır.

Onları kimsə zorla saxlamır. Seks işçilərinin 98 faizi üçün bu könüllü seçimdir. Maslova belə deyir.

İİV (İnsanda İmmunçatışmazlığı Virusu) profilaktikası üzrə "Addımlar" fondunun əməkdaşı Kirill Barskiy deyir ki, Moskvada seks işi ilə məşğul olanların 99,9 faizi bunu könüllü edir.

Onlar narkotikdən istifadə etmirlər. Yekaterinburqun "Yeni həyat" fondunun direktoru Vera Kovalenko indi narkotik almaq üçün seks-sənayesinə gedənlərin sayının çox az olduğunu deyir.

"Hər şey əsasən iqtisadi tərəfə yönəlib: qadınların uşaqları, himayəsində olanlar, kreditləri və ipotekası var".

İrina Maslova Peterburqda narkotik aslılığı olan seks işçilərinin 5 faiz olduğunu deyir.

Onlar küçələrdə dayanmırlar.

2019-cu ildə seks sənayesi praktiki olaraq tamamilə mənzillərə və internetə keçib.

Maslova Peterburqda avtomobil yolunda maksimum 10 faizin dayandığını deyir.

Kovalenkonun sözlərinə görə, məsələn, Yekaterinburq küçələrində işləyən qızların sayı o qədər azdır ki, biz onları üzdən tanıyır, adını bilirik və onları saya bilərik.

Və ümumilikdə onlar məsuliyyətli, yetkin yaşlı adamlardır.

Maslovanın sözlərinə görə, məsələn, Peterburqda seks işçisinin orta yaşı 32-34-dür, onlardan 90 faizinin uşağı var.

Əvvəllər onlar orta yaşı təqribən 5 il az idi və qızların yarısından çoxu uşaqsız idi.

Hüquqşünas Alyona Mexanoşina Yekaterinburqda yaşayır, qadınları polisdə və məhkəmələrdə müdafiə edir.

"Mən qızlarla işləməyə başladığımda çox təəccüblənmişdim, onların çoxunun təhsili, o cümlədən ali təhsili vardı.

Çoxunun ipotekası, əri və iki uşağı var.

Belələri çoxdur. Narkotikdən istifadə edənlər, içənlər, küçədə duranlar bu peşədə ən aşağı təbəqəyə aiddir.

Firmalarda işləyib çağırışa gedən qızlar bu işlə maddi vəziyyətlərinə görə məşğul olur.

Kimisi buna aludə olur, kimisi isə maddi problemlərini həll etdikdən sonra bu peşədən imtina edir".

Bununla yanaşı, "Addımlar" fondunun əməkdaşı Lyudmila (qəhrəmanın təhlükəsizliyi üçün soyadı göstərilməyib) deyir ki, yola adətən tanınmamaq üçün internetdə görünmək istəməyən qadınlar çıxır.

Bəziləri üçün bu əslində bir layihə işidir:

"Pul qazanmaq üçün gəlmişəm, kreditlərimi ödəmək lazımdır. Mənim başqa yolum yoxdur, banklar üstümə gəlir, kollektorlar qapıya dayanıb, uşaqlarımı hədələyirlər.

Mən bir aylıq işləyəcəm və bu pulları aparıb verəcəm, vəssalam", - deyə Lyudmila tipik motivasiyanı danışır.

"İndividuallar" "yola çıxan qızlara" yuxarıdan aşağı baxırlar.

- Çoxlu miflər var, internet vasitəsiylə işləyən qızların küçələrdə işləyən qızlara QİCS yayıcısı və virus mənbəyi kimi münasibət bəsləyirlər.

Mən həmişə deyirəm ki, çox nahaq yerə belə fikirləşirsiniz.

Küçələrə çıxan qızlar tez-tez müayinə olunurlar və statistikaya görə, həkimlərə gedirlər, - Lyudmila deyir.

- Onlar daha çox risk etdiklərini anlayırlar?

- Xeyr. Ona görə ki, onların çoxu işləmək üçün regionlardan gəlib. Tutaq ki bir ay işlədilər və evlərinə qayıtdılar. Və çoxlarının əri var. Ona görə də evinə getməzdən əvvəl o müayinəyə gedir. Əlbəttə ki, bir ay ərzində əri də başqasıla cinsi münasibətdə ola bilər. Amma bu artıq başqa mövzudur.

İqtisadiyyat

2017-ci ildə müştəridən qaçan Saşa rəfiqəsi Maşa (qəhrəmanın adı öz xahişi ilə dəyişdirilib) ilə müsahibəyə gəlir.

Biz ticarət mərkəzinin ətrafındakı kafedə oturmuşuq. Saşanın 22, Maşanın isə 25 yaşı var. Onlar bir yerdə yaşayırlar və müştəriləri eyni mənzildə qəbul edirlər.

Maşa əvvəlcə seks xidməti ilə məşğul olmaq barədə hətta düşünməmişdi, lakin "maddi çətinliklər yarandı".

4 il əvvəl kosmetika mağazasında satıcı-məsləhətçi işləyən qız bir dəfə öz problemlərini daimi müştərisi ilə bölüşür.

Həmin müştəri işdən sonra ona görüşməyi təklif edir.

Tanışı Maşanı aradüzəldənə təqdim edir.

O, qızla danışır və deyir: əgər səni hər şey qane edirsə, işdən çıx və gəl.

Fotosessiya edək, anketini daxil edək və işə başlayaq.

"Mən bir neçə gün fikirləşdim, çünki bunun necə baş verəcəyini anlamırdım. Lakin sonra anladım ki, başqa çıxış yolum yoxdur. Mən razılaşdım və ertəsi günü fotoqraf gəldi. Axşam dispetçer zəng vurdu ki, hazırlaş ilk müştəri gələcək".

Maşa hesab edir ki, onun bəxti gətirib: "Müştəri nəzakətli gənc bir kişi idi. Uzun müddət sadəcə oturub söhbət etdik, çünki düzünü deyim mən özümü çox narahat hiss edirdim. Daxilimdə nə baş verdiyini təsəvvür etmək çox çətindir. Çünki mənəvi baxımdan öz üstündən adlamaq ağırdır. Lakin sonradan tədricən alışdım və başa düşdüm ki burda dəhşətli heç nə yoxdur".

Maşanın balaca oğlu var. O, nənə və babası ilə doğma şəhərdə yaşayır.

Maşa onlara pul göndərir. Saşa da ailəsinə kömək edir:

"Valideynlərinin çoxlu borcu var".

Əvvəlcə Maşa "salonda" 3 qızla birgə işləyib.

Bu o deməkdir ki, onlar ikiotaqlı mənzildə birgə yaşayırdılar və müştərilər onların evinə gəlirdilər.

Bu həbsxana deyil, Maşa qeyd edir: "Biz mağazaya və işlərimizin arxasıyca gedirdik, bizi kimsə bağlı evdə saxlamırdı. Amma dispetçer zəng vururdu ki, 20 dəqiqəyə müştəri gələcək. Bu vaxt ərzində hazırlaşmaq lazımdır.

Biz öz anketlərimizlə işləyirdik, müştəri məhz sənin yanına gəlir. Ona görə də bu vaxt ərzində sən duş almalısan, bəzənməlisən və geyinməlisən.

Çünki sən bütün günü evdə dikdabanda və paltarda gəzə bilməzsən ".

Hazırda Saşa və Maşa özləri üçün işləyirlər və jarqon dilində bu "individuallar" adlanır.

BBC müxbirinə açıqlama verən qızlar və fəallar fərdi işlə "salon" arasında seçimin öz şəxsi arzularından asılı olduğunu söyləyirlər:

"Salonlarda" qazancın yarısını aradüzəldənə verməlisən. Lakin bu zaman mühafizə var və fasiləsiz müştəri axını olur. Bunun sayəsində isə zəmanətli gəlirə arxalana bilərsən.

"İndividuallar" hər ay anketin reklamına 10-15 min rubl xərcləyirlər. Lakin onlar öz vaxtlarına sərbəst şəkildə nəzarət edə bilirlər.

"Biz ancaq gündüz işləyirik, gərgin işləmirik, çünki yatmağı sevirik. Hansı normal insan gecə vaxtı harasa gedər? Bu yalnız içənlər, ya da narkomanlar ola bilər. Bu cür insanlarla münasibət arzusunda deyilik".

Qızların sözlərinə görə, "gərgin" işləmədən ayda 200-250 min rubl qazanırlar. (1 AZN = 38.5 Rubl)

(Rusiya statistikasının ötən ilki nəticələrinə görə, ölkədə orta əmək haqqı 43 min rubl təşkil edir, Moskvada 80 min rubl).

Saşanın dediyinə görə, qiymət xidmətin növündən asılıdır.

"Aşağı qiymətlər - bir saatı 5 min rubla qədər, yuxarı qiymətlər isə adi klassik seks və prezervativdə minetlə saatı 10 min rubldan başlayır.

Qalanlar isə artıq əlavə xidmətlərdir. Erotik masajın (yəni masturbasiya ilə masaj, klassik seksi nəzərdə tutmayan) Moskvada qiyməti 1200 rubldan başlayır. Ən bahalısı BDSM-dir, xüsusilə tabe mövqeyində çünki zorakılıq riski həddən artıq yüksəkdir.

Qızların özü isə hazırda yüksək qiymətlə işləməyə üstünlük vermirlər. Saşanın dediyinə görə, yüksək qiymət avtomatik böyük qazanc demək deyil. Məsələn, yüksək qiymət yaxşı mənzil deməkdir. "Qiymət nə qədər yüksəkdirsə, mənzil də bir o qədər gözəl olmalıdır. Təzə təmir, şəhərə yaxın. Bir var sən mənzilə görə 35 min ödəyəsən, bir də var 70 min (Ali İqtisadiyyat Məktəbin alimləri 2017-ci ildə "individualların" 200 anketini təhlil edərək hesablayıblar ki, metro stansiyalarından biri daha uzaq olarsa qazanc təqribən 4,9 faiz azala bilər)".

Özünə pul xərcləməlisən və qulluq etməlisən, alt paltarları almalısan, mühit yaratmalısan.

- Mən indi heç narahat deyiləm, mənim standart proqramım var - vəssalam. Mən indi ümumiyyətlə 15-ə deyil, iki minə də alt paltarı ala bilərəm. Mən yüksək qiymətlə işləyən zaman dırnaqlarıma, saçıma, kosmetoloqa, bahalı alt paltarlarına çoxlu pul xərcləyirdim. Həmişə pulum çatmırdı. Bizdə Rusiyada kişilər hesab edirlər ki, pul veriblər və verdikləri pulun qarşılığını görməlidirlər. Əgər qız yüksək pul ödəyənin qarşısına AliExpress-dən aldığı alt paltarı ilə çıxır və bir az da kefsizdirsə, saytdakı rəylər yazılacaq ki, qız qiymətə uyğun deyildi, müştərini ucuz alt paltarında qarşılamışdı. Müştəri mənzilin lüks olmadığını yaza bilər.

- Orda elə bil poema yazırlar - deyə Maşa gülür.

- Bəli, "rahat anal". Mən yalnız dünən analın rahat ola biləcəyini öyrənmişəm. Ciddiyəm, hər kəs təsvir edir: klitorun formasından...

- O sənin yanına gəlməyə necə qərar verdi, sən onu necə idarə etdin, yer necədir, tıxac var yoxdur, avtomobilin parklanması. Prinsipcə qızdan asılı olmayan şeyləri təsvir edirlər.

Rəfiqələrin sözlərinə görə, onların müştərilərinin böyük hissəsi "prinsipcə hər şeyi yaxşı olan" insanlardır.

- İdman marağı, müxtəliflik üçün - deyə Maşa izah edir. - Və ya hansısa bir xidmətə görə gəlirlər. Həyat yoldaşı anal sekslə məşğul olmaq istəmir, o məqsədli şəkildə bu xidməti göstərən qızın yanına gedir.

- Əgər anal seksdirsə, bu hələ yaxşıdır. Kimsə BDSM, qayış üçün gəlir. Bizdə hazırda bu xidmətlər yoxdur. Əvvəllər mən BDSM xidməti göstərirdim, amma sonra başa düşdüm ki bu mənim işim deyil.

- Bəli, 10 il birlikdə yaşayıblar, kifayət qədər yaşlıdırlar və uşaqları var. Və o, belə deyir "Əzizim, mən belə fikirləşdim ki adi seks mənim üçün maraqlı deyil, mənimlə dizüstü pozada olmağı istəmirsən ki?" Və belə bir şey çıxarır, - Maşa gülür. Hər kəs bunu nəzakətlə qarşılamır.

Hazırda Saşa axşam məktəbində vahid dövlət imtahanı verməyə, 2019-cu ilin yayında isə o, psixologiya fakültəsinə daxil olmağa hazırlaşır.

"Mən 40 yaşa qədər işləməyi və qiyməti artırmağı planlaşdırsaydım, o zaman əməliyyat etdirərdim. Lakin mən bu arzu ilə yaşamıram, əksinə mən oxumaq və bu sahəni tərk etmək istəyirəm".

Aşağı qiymətlərin xeyrinə olan daha bir dəlil isə təhlükəsizlik məsələsidir: "Qiymət aşağı olan zaman vəziyyət tələb etdikdə sən müştərini qova bilərsən və onun heç bir etirazı olmayacaq". Xüsusilə, müştərilər prezervativdən istifadə etmədən seks istəyəndə qızlar bundan qətiyyətlə imtina edirlər.

- Müştərilərin böyük hissəsi ailəli adamlardır və mən başa düşmürəm, axı onlar ilk növbədə öz sağlamlıqlarını düşünməlidirlər, - deyə Maşa deyir. Sənin nəyə və hətta buna kimdən belə yoluxduğunu bilmədiyini öyrəndikdə özünü necə hiss edəcəksən?

- Onlar axmaqdırlar, - deyə Saşa onları təqlid edir.

Mənə biri belə dedi: "Gözlərindən görürəm ki xəstəliyin yoxdur".

Onların 30-40 yaşı var. Çoxlarının xanımı qəşəngdir və onlar boşanmağı düşünmürlər.

Sağlamlıq

Hüquqşünas Alyona Mexanoşina BBC-ə müsahibəsində fondun və fəalların təkcə seks işçiləri arasında deyil, həm də seks xidməti istehlakçıları arasında İİV-in profilaktikası ilə məşğul olduqlarını xatırladıb.

"Kimsə düşünmür ki, qızlar təkcə öz sağlamlıqlarını deyil, həm də müştərilərin sağlamlığını qoruyurlar".

Bu vacibdir: Rusiyanın Səhiyyə Nazirliyinin İİV-in diaqnostikası və müalicəsi məsələləri üzrə ştatdankənar baş mütəxəssisi Yevgeniya Voroninanın sözlərinə görə, virusun onlara aidiyyəti olmadığını düşünən yaşlı heteroseksual qadın və kişilər əsas risk qrupunu təşkil edir.

Onlarda İİV ən gec mərhələdə özünü göstərir.

Rusiyada fahişəlik qanuniləşdirilməyib, dövlət seks işçilərini tamamilə qorumur.

Ona görə də onlar ya özlərinə, ya da hüquq müdafiəçilərinə etibar etməlidirlər.

2003-cü ildən onlara köməklik edən Peterburqdakı "Gümüşü qızılgül" fondundan başqa, son 3-4 il ərzində seks işçiləri ilə bağlı proqramlar Moskvadakı "Addımlar", Yekaterinburqdakı və Orenburqdakı "Yeni həyat" fondlarında fəaliyyətə başlayıb.

2016-cı ilin aprelində fəallar hətta ölkədəki ilk və yeganə Ümumrusiya seks işçiləri forumuna toplanmışdı.


Xəbərə aid fotolar

Özünü başqalarından üstün sayma... like
  • 09 Fev 19:15  
Digərləri Özünü başqalarından üstün sayma...

Son.az islam.az-a istinadən Hz. Peyğəmbərin (s) həyatından bir nümunəni

arrow Ətraflı
Qadın sünnəti nədir? Niyə və haralarda edilir? like
  • 09 Fev 19:13  
Digərləri Qadın sünnəti nədir? Niyə və haralarda edilir?

Birləşmiş Millətlər Təşkilatın əsasən (BMT), hazırda dünyada sünnə

arrow Ətraflı
Parisdə etirazçılar banklara və kafelərə hücum edir like
  • 09 Fev 19:11  
Dünya Parisdə etirazçılar banklara və kafelərə hücum edir

Parisdə "sarı jiletlər"in keçirdiyi etiraz aksiyası banklara, kaf

arrow Ətraflı
Bütün analar behiştə gedəcəkmi? like
  • 09 Fev 19:10  
Digərləri Bütün analar behiştə gedəcəkmi?

Həzrət Peyğəmbərdən (s) belə bir hədis vardır ki, behişt anaların aya

arrow Ətraflı
Parisdə etirazçılar banklara və kafelərə hücum edir like
  • 09 Fev 19:06  
Digərləri Parisdə etirazçılar banklara və kafelərə hücum edir

Parisdə "sarı jiletlər"in keçirdiyi etiraz aksiyası banklara, kafelərə v

arrow Ətraflı
İnfarkt riskini artıran qidalar açıqlanıb like
  • 09 Fev 19:05  
Digərləri İnfarkt riskini artıran qidalar açıqlanıb

Türkiyəli professor, ürək və damar cərrahı Barış Çaynak infarkta səb

arrow Ətraflı
Sevgilisi ilə Mayamidə dincəlir  FOTO like
  • 09 Fev 19:01  
Digərləri Sevgilisi ilə Mayamidə dincəlir FOTO

Dünyanın ən populyar "plus-size" modellərindən olan İskra Louren

arrow Ətraflı
Mələk yenə işsiz qaldı like
  • 09 Fev 18:58  
Şou-biznes Mələk yenə işsiz qaldı

Aparıcı Mələk Heydərova yenə də işdən çıxıb

arrow Ətraflı
10 otaqlı evdə yanğın like
  • 09 Fev 18:53  
Digərləri 10 otaqlı evdə yanğın

Masallıda 10 otaqlı evdə yanğın olub.

arrow Ətraflı
Bir qaşıq yeməyə görə 16 yaşlı qızı öldürdülər like
  • 09 Fev 18:50  
Dünya Bir qaşıq yeməyə görə 16 yaşlı qızı öldürdülər

Pakistanın Lahor şəhərində dəhşətli qətl hadisəsi baş verib. 16 yaşl

arrow Ətraflı
Yeli məşhurlar yeni like
  • 09 Fev 18:47  
Şou-biznes Yeli məşhurlar yeni

Ölkə şou-biznesinin tanınmış simaları bu gün də ən yeni şəkillərini

arrow Ətraflı
Şamaxıda qəzalı vəziyyətə düşmüş evlərin yenidən tikinitisinə başlanılıb (FOTO) like
  • 09 Fev 18:42  
Digərləri Şamaxıda qəzalı vəziyyətə düşmüş evlərin yenidən tikinitisinə başlanılıb (FOTO)

Şamaxıda baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq istiqamə

arrow Ətraflı
Şamaxıda qəzalı vəziyyətə düşmüş evlərin yenidən tikinitisinə başlanılıb (FOTO) like
  • 09 Fev 18:38  
Digərləri Şamaxıda qəzalı vəziyyətə düşmüş evlərin yenidən tikinitisinə başlanılıb (FOTO)

Şamaxıda baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq istiqamə

arrow Ətraflı
Sinqapur sahillərində iki gəmi toqquşdu like
  • 09 Fev 18:36  
Dünya Sinqapur sahillərində iki gəmi toqquşdu

Malayziyanın Polaris gəmisi yunan quru yük gəmisi ilə toqquşub.

arrow Ətraflı
ATV Mübariz İbrahimova həsr edilən serialı bu səhnəyə görə dayandırdı  VİDEO like
  • 09 Fev 18:30  
Digərləri ATV Mübariz İbrahimova həsr edilən serialı bu səhnəyə görə dayandırdı VİDEO

ATV-də başlayan "Mübarizə" adlı serialın yayımı dayandırılı

arrow Ətraflı