Bir qaşıq yeməyə görə 16 yaşlı qızı öldürdülər


Dünya 09 Fev 2019 18:50:00 217 0

Bir qaşıq yeməyə görə 16 yaşlı qızı öldürdülər

Pakistanın Lahor şəhərində dəhşətli qətl hadisəsi baş verib. 16 yaşlı ev qulluqçusu ev sahibi olan xanım tərəfindən qətlə yetirilib. Qətlin səbəbi odur ki, qulluqçu qız ev sahibinin qızının yeməyindən bir qaşıq götürüb, yeyib. Bundan xəbər tutan ev sahibəsi qulluqçuya hücum edib. Əlinə keçən dəmir çubuqla qulluqçunun başına çoxsaylı zərbələr endirib. Bir də görüb ki, qulluqçu ölüb...

Son.az musavat.com-a istinadən xəbər verir ki, meyiti yaxınlıqdakı kanalizasiya sularının axıdıldığı gölməçəyə atıblar. Bir müddət sonra qulluqçunun cəsədi aşkar edilib.

Hazırda Pakistanda ən çox müzakirə olunan məsələ bu bədbəxt qızın qatilinin cəzalandırılması ilə bağlıdır. Xüsusi ilə sosial şəbəkə istifadəçiləri aktivdir. Onların sayəsində bu hadisəyə beynəlxalq səviyyədə maraq yaranıb. Düşünün ki, Pakistanın baş naziri İmran Xan bu məsələ ilə bağlı " Twitter" atıb.

İstintaq müəyyən edib ki, Uzma adlı qulluqçu 8 ay əvvəl işə başlayıb. Mütəmadi şəkildə ev sahibəsi tərəfindən döyülüb, təhqirlərə məruz qalıb. İstintaq Uzmanın bədəninin digər yerlərində də köhnədən qalma yara və kəsik yerləri aşkar edib.

Son dərəcə qəddar olan ev sahibəsi çalışdığı müddətdə qulluqçu qızın öz ailəsi ilə görüşməsinə, hətta onlarla telefonla danışmasına belə icazə verməyib.