“Sarı jiletlilər” Obama ilə görüşmək istəyir


Dünya 09 Fev 2019 18:10:00 205 0

“Sarı jiletlilər” Obama ilə görüşmək istəyir

Fransada aralarında Tierri Pol Valet kimi tanınmış adamların da olduğu "sarı jiletlilər"dən bir qrup Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Barak Obama ilə görüşmək istəyir.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, onlar Fransanın paytaxtı Parisdə fəaliyyət göstərən Obama Fondunun vasitəsilə keçmiş ona məktub göndərərək istəklərini çatdırıblar.

Qeyd edək ki, ötən həftə Tierri Pol Valet 26 mayda keçiriləcək Avropa Parlamenti seçkilərinə qatılmaq istədiklərini bildirmişdi.