Bakıda yollar niyə çökür?


Digərləri 09 Fev 2019 17:50:00 278 0

Bakıda yollar niyə çökür?

Son üç il ərzində Azərbaycanda yollarda kifayət qədər çökmə və sürüşmə prosesi baş verib.

Bayılda iki ev, bir küçə divarı, Zığ prospektində yamac, Badamdarda isə torpaq sürüşməsi qeydə alınıb.

Daha da dəqiq desək, 2017-ci ildə Mirəli Seyidov küçəsində, 2018-ci ildə Həsən Əliyev və Cəlil Məmmədquluzadə küçələrində, Tbilisi, Qara Qarayev, Səməd Vurğun prospektlərində, Xırdalanda, Sumqayıtda, 2019-cu ildə isə Nobel prospektində və Sumqayıtda yol çöküb.

Yol çökməsi ilə bağlı hadisələrdə adətən qurumlar məsuliyyəti bir-birinin üzərinə atır.

Açıqlama verən rəsmilər əksər hallarda səbəb kimi qrunt sularının torpağı yumasını göstərirlər. Hətta, kanalizasiya xətlərinin çürüyərək istifadəyə yararsız hala düşməsi barədə fikirlər də səsləndirilir.

Bəs son illərdə paytaxt ərazisində, eləcə də ölkənin digər şəhər və rayonlarında yolların çökməyə meyilli olmasının səbəbi nədir?

Son.az bildirir ki, məsələ ilə bağlı oxu.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun şöbə rəhbəri Əvəz Salamov bildirib ki, yeni yollar çəkilən zaman və ya yollarda yenidənqurma işləri aparılarkən kanalizasiya xətləri mütləq şəkildə yoxlanılmalıdır:

"Çox güman ki, yollarda baş verən çökmələrin səbəbləri yer altından axan nəzarətsiz sular və kanalizasiya xətləridir. Su axını yerin altını yuyur və müəyyən boşluqlar (çökəklik) yaradır. Bir müddət sonra da həmin ərazilərdə çökmə baş verir. Təəssüf ki, bizdə bu işlərə laqeyd yanaşılır.

Bakıda və regionlarda ərazilər yenidən öyrənilməlidir. Yol təkcə çökən hissədən ibarət deyil. Bu cür hadisə baş verirsə, həmin ərazinin yaxınlığında yerləşən ərazilər də dərindən öyrənilməlidir. Bakının kanalizasiya sistemi çox köhnədir. Demək olar ki, istifadə müddəti bitib, borular çürüyüb.

Digər yandan da müxtəlif texniki su axıntıları da boruları sıradan çıxarır. Həmin yolun altı yuyulduğu üçün görünən hissədə yalnız zəif bir asfalt qatı qalıb deyə bilərik. Bu isə gec-tez çökməli idi".

Ə.Salamov əlavə edib ki, çökən yolu betonla doldurub üzərinə asfalt örtüyü çəkməklə bərpa etmək olmaz: