Azərbaycanlılar və ermənilərin birgə yaşadığı kənddə yeni məktəb tikiləcək


Dünya 09 Fev 2019 17:40:00 227 0

Azərbaycanlılar və ermənilərin birgə yaşadığı kənddə yeni məktəb tikiləcək

Gürcüstanda azərbaycanlılar və ermənilərin birgə yaşadığı Tsopi kəndində yeni məktəb inşa olunacaq.

Son.az report-a istinadən bildirir ki, bununla bağlı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Bələdiyyə İnkişaf Fondu tender elan edib.

Yeni məktəb binasının tikintisinə 2,7 mln. lari (1 mln. dollardan çox) məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.