“DOST” mərkəzlərində övladlığagötürmə ilə bağlı xidmətlər də təqdim olunacaq
Digərləri 09 Fev 2019 16:33:28 191 0
Prezident İlham Əliyevin 10 dekabr 2018-ci il tarixli 393 nömrəli Fərmanına əsasən, övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təsdiq edilmiş iş planı əsasında işlər davam etdirilir.
Bakı.

Nazirlikdən Trend-ə verilən məlumata görə, iş planında əksini tapan tədbirlər sırasında yaradılmaqda olan “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərində övladlığagötürmə sahəsində xidmətlərin təqdim olunması da yer alıb. Həmin xidmətlərin göstərilməsi üçün mərkəzlərdə sosial işçilər fəaliyyət göstərəcək.
Mənbə: az.trend.az