Sərxoş sürücünün ölümü ilə bağlı cinayət işi başlandı


Digərləri 09 Fev 2019 16:30:00 214 0

Sərxoş sürücünün ölümü ilə bağlı cinayət işi başlandı

Balakəndə sərxoş sürücünün ölümü ilə bağlı cinayət işi başlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Tülü kəndi ərazisində baş verib.

Balakən rayonu, Qazma kənd sakini, 1994-cü il təvəllüdlü Hacıyev Eltun Azad oğlu idarə etdiyi, dövlət qeydiyyat nişanı olmayan "UAZ-33 03" markalı avtomobillə Balakən-Tülükənd yolunda yüksək sürətdə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı telefon dirəyinə dəyib.

Hadfisə nəticəsində sürücü hadisə yerində ölüb, sərnişin olan qardaşı, 1997-ci il təvəllüdlü Məftun Hacıyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb.