Deputat: "Büdcədə neftin payı sıfıra endirilməlidir"


Dünya 09 Fev 2019 16:20:00 208 0

Deputat: "Büdcədə neftin payı sıfıra endirilməlidir"

İranın dövlət büdcəsində neftin payı sıfıra endirilməlidir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İran parlamentinin milli istehsala dəstək xüsusi komissiyasının sədri, Sənaye və mədənlər komissiyasının üzvü Həmidrza Fuladgər deyib.

H.Fuladgərin sözlərinə görə, hazırda İran büdcəsində neftin payı üçdə birə, yəni 31%-ə endirilib:

"Bu tendensiya davam etməli və neftin payı büdcədə sıfıra endirilməlidir. Neftin pulundan xərclər üçün deyil, investisiya kimi istifadə olunmalıdır".