Azərbaycan "QAZ" avtomobillərinin yeni bazarlara çıxışı üçün meydana çevriləcək


Digərləri 09 Fev 2019 16:00:00 237 0

Azərbaycan "QAZ" avtomobillərinin yeni bazarlara çıxışı üçün meydana çevriləcək

Rusiya Hacıqabul Sənaye Məhəlləsindəki "QAZ" avtomobillərinin istehsalı zavodunu qonşu ölkələrin ixrac meydanı kimi qəbul edir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu "QAZ Qrup"un (Qorki Avtomobil Zavodu) satış və marketinq üzrə direktoru Oleq Markov deyib.

O bildirib ki, Azərbaycan hər zaman Qafqazda aparıcı bazar hesab olunub.

"Biz ümid edirik ki, burada zavodun olması təkcə əlavə iş yerlərinin açılmasına imkan verməyəcək, həm də iqtisadiyyatı gücləndirməyə, eləcə də bütün komponentlərin istehsalı vasitəsilə məhsulu lokallaşdırmağa kömək edəcək. Bu müəssisənin inkişafı üçün perspektivlər var".