Azərbaycanda yüksək vəzifəli məmur xəstəxanda vəfat etdi


Digərləri 09 Fev 2019 15:45:45 199 0

Azərbaycanda yüksək vəzifəli məmur xəstəxanda vəfat etdi

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini Şükür Mehdiyev vəfat edib.

Son.az report-a istinadən bildirir ki, Ş.Mehdiyev müalicə aldığı Gəncə Beynəlxalq Xəstəxanasında dünyasını dəyişib.

DİN-in mətbuat xidmətindən report-a faktı təsdiqləyiblər.

Xatırladaq ki, Ş.Mehdiyev DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə 2015-ci ildə təyin edilmişdi. O, əvvəllər Şəmkir Rayon Polis İdarəsinin rəisi işləyib.