Sumqayıtda oğru tutuldu


Kriminal 09 Fev 2019 15:34:00 228 0

Sumqayıtda oğru tutuldu

 Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıtda ayrı-ayrı vaxtlarda oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

DİN-nin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 1 mağazadan 621 manat, 1 gözəllik salonundan 54 manat, 1 evdən qızıl əşyalar və 1 avtomobildən 35 manat oğurlamaqda şübhəli bilinən, şəhər sakini X.Məmmədli saxlanılıb.

Onun əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduğu müəyyən edilib.