Amerikada fələstin əsilli prezident


Digərləri 09 Fev 2019 15:12:00 254 0

Amerikada fələstin əsilli prezident

Mərkəzi Amerikada yerləşən Salvador dövlətində keçirilən prezident seçkilərində Fələstin əsilli Nayib Bukele 54 faiz səslə qalib gəlib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla o, ölkənin ilk Fələstin mənşəli dövlət başçısı olub.

Buna qədər paytaxt San-Salvadorun bələdiyyə rəhbəri işləyən Bukelenin ailəsi 20-ci yüzilin əvvəllərində Fələstinin Qüds şəhərindən Osmanlı imperatorluğuna məxsus vəsiqə ilə Mərkəzi Amerikaya köç edib. Onun atası Armando Bukele tanınmış müsəlman iş adamıdır. 


Xəbərə aid fotolar