Sumqayıtda binanın girişindən kişi meyiti tapıldı


Digərləri 09 Fev 2019 14:44:00 193 0

Sumqayıtda binanın girişindən kişi meyiti tapıldı

Sumqayıtda binan girişindən meyit tapılıb.

Son.az report-a istinadən bildirir ki, hadisə şəhərin 5-ci mikrorayonunda qeydə alınıb. 

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinə 5-ci mikrorayondakı binalardan birinin girişində meyit aşkarlanması barədə məlumat daxil olub. Polis hadisə yerinə baxış keçirib.

Araşdırma zamanı həmin şəxsin, 1974-cü il təvəllüdlü Bayramov Şahin Xanhüseyn oğlu olduğu müəyyən edilib. Onun narkotik maddənin təsirindən dünyasını dəyişdiyi ehtimal edilir.

Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdlrma aparılır.