Azərbaycan istehsallı “Khazar” avtomobilləri bu il Ukraynaya ixrac ediləcək


Digərləri 09 Fev 2019 14:24:00 159 0

Azərbaycan istehsallı “Khazar” avtomobilləri bu il Ukraynaya ixrac ediləcək

Azərbaycanda istehsal edilən “Khazar” avtomobilləri bu il Ukraynaya ixrac ediləcək

Hacıqabul. Ceyhun Ələkbərov - Azərbaycanda istehsal edilən “Khazar” avtomobilləri bu il Ukraynaya ixrac ediləcək. Trend-in məlumatına görə, bunu "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” ASC-nin Rusiyanın “QAZ Qrup” (Qorki Avtomobil Zavodu) ASC ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimində jurnalistlərə bildirib. E.Axundov deyib ki, avtomobillərin ilk ixracı bu ilin ortalarında başlayacaq: "İlkin olaraq 300 avtomobilin ixracı nəzərdə tutulur. Ötən il ərzində istehsal olunan “Khazar” avtomobillərinin 40 faizi dövlət qurumları, 60 faizi isə əhali tərəfindən alınıb".