Azərbaycan kiçik tonnajlı avtomobillər istehsal edəcək FOTO


Digərləri 09 Fev 2019 13:16:00 206 0

Azərbaycan kiçik tonnajlı avtomobillər istehsal edəcək  FOTO

Bu gün Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın "Azərmaş" ASC-nin Rusiyanın "QAZ Qrup" ASC ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov, Rusiyanin iqtisadi inkişaf naziri Maksim Oreşkin iştirak ediblər.

Bildirilib ki, zavodda tikinti işləri növbəti ilin ortalarına qədər təhvil veriləcək, burada kiçik tonnajlı avtomobillər istehsal ediləcək. Dəyəri 14 milyon manat olan zavodun illik istehsalı 1000 avtomobil təşkil edir. İlkin mərhələdə zavodda 100 nəfər işlə təmin olunacaq.

Sonra nazirlər zavodda istehsal edilməsi nəzərdə tutulan avtomobil modelləri və Hacıqabul Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılmış şəraitlə tanış olublar.