Kilsəyə girən qadın 4 metrlik xaçı aşırtdı,


Dünya 09 Fev 2019 13:05:00 212 0

Kilsəyə girən qadın 4 metrlik xaçı aşırtdı,

Vatsonvil şəhər polisi kilsədə vandallıq edən qadını tutub.

Son.az Sputniknews-a istinadla xəbər verir ki, Şimali Kalifornoyanın Vatsonvil şəhərindəki müqəddəs Patrik kilsəsinə girən qadın məkanın boş olmasından istifadə edərək qəsdən hündürlüyü 4 metr olan xaçı aşırdıb.

Hadisə fevral ayının 5-də baş verib. Qadın xaçı aşırtdıqdan sonra qaçaraq kilsədən çıxıb.

Həmin anlar kilsənin təhlükəsizlik kamerasına düşüb. Qadının kimliyi müəyyənləşdirilib.