Valeh Hadıyev: "Şəhid ailələri onlara göstərilən maddi və mənəvi dəstəkdən razıdırlar"


Digərləri 09 Fev 2019 12:48:00 299 0

Valeh Hadıyev: "Şəhid ailələri onlara göstərilən maddi və mənəvi dəstəkdən razıdırlar"

https://azertag.az/xeber/Valeh_Hadiyev_Sehid_aileleri_onlara_gosterilen_maddi_ve_menevi_destekden_razidirlar-1243895

Hadıyev Saleh Sabir oğlunun o qədər də uzun tərcümeyi-halı yoxdur. O, 1977-ci ildə Bakının Maştağa qəsəbəsində doğulub. Qəsəbədəki 108 nömrəli orta məktəbi bitirəndən sonra texniki-peşə məktəbində aşpaz ixtisasına yiyələnib. 1995-ci ildə hərbi xidmətə çağırılıb. Həmin ilin noyabrında Murovda şəhid olub.

Kiçik, kiçik olduğu qədər də ibrətamiz və sadə bir ömür yolu. O, bu Vətəni, anamız Azərbaycanı çox sevirdi və lazım gələndə də onu öz həyatını qurban verməklə sübut etdi. Nə yaxşı ki, Vətən belə övladları unutmur.

Son.az bildirir ki, şəhid hərbi qulluqçunun qardaşı Valeh Hadıyev AZƏRTAC-a deyib: "Saleh çox qısa ömür sürsə də, ölümü ilə həyatını əbədiləşdirdi. O, şərəfli bir yolda, Vətən, torpaq yolunda şəhid oldu. Biz hamımız onunla fəxr edirik".