Ən varlı adam ən qüdrətli adama qarşı FOTO


Digərləri 09 Fev 2019 11:50:00 244 0

Ən varlı adam ən qüdrətli adama qarşı  FOTO

Dünyanın ən varlı adamı, Amazon korporasiyasının banisi və sahibi Ceff Bezosun dediyinə görə, "National Enquirer" tabloidinə onun intim fotolarını, telefon yazışmalarını "bilərəkdən ötürən qüvvələr" var.

O, "National Enquirer"i reketdə və şantajda suçlayıb.

Son.az bildirir ki, 55 yaşlı Bezos bu barədə Medium-dakı bloqunda yazıb. Onun sözlərinə görə, "National Enquirer"in sahibi "American Media" şirkəti Bezosla teleaparıcı Loren Sançesin yazışamalırını necə əldə etməsi ilə bağlı araşdırmanın dayandırmasını tələb edib: "Onlar şantaja əl ataraq dedilər ki, araşdırma dayandırılmasa, Sançeslə bir-birimizə yolladığımız fotoları dərc edəcəklər".

Yanvarın 9-da Ceff Bezos 25 il nikahda olduğu arvadı Makkenzidən boşanmaq niyyətini bəyan edib. Ertəsi günsə "National Enquirer" Bezosla teleaparıcı Loren Sançes arasındakı eşq macərası barədə böyük material dərc etdi.

"National Enquirer" jurnalının onun Sançeslə yazışmalarını necə əldə etdiyini araşdırmaq üçün Bezos araşdırma aparılmasını tapşırıb.


Xəbərə aid fotolar