“Gecə vaxtı bizi böyük təhqir etdilər” VİDEO


Şou-biznes 09 Fev 2019 11:23:00 214 0

“Gecə vaxtı bizi böyük təhqir etdilər”  VİDEO

“Azərbaycanın səsi” yarışması bu dəfə də qalmaqalsız ötüşməyib

"Azərbaycanın səsi" yarışması bu dəfə də qalmaqalsız ötüşməyib.

Son.az axşam.az-a istinadən bildirir ki, Aygün adlı iştirakçının səhnəyə oriental rəqqasə ilə çıxıb oynaması əməkdar artist Elza Seyidcahanı özündən çıxarıb.

O, rəqqasənin səhnədə ombasını iştirakçıya vurmasını təhqir və biabırçılıq adlandırıb:

"Gecə vaxtı bizi böyük təhqir etdilər. İki qızın yan-yana vurmasının burada yeri yox idi. Bu, böyük biabırçılıq idi. Oğlan ifaçı olsa, yanında qız oynasa bu, normal idi. Bu gecə məni və tamaşaçıları təhqir etdilər. Bu, nə dərəcədə düzgündür? Bu, mənim üçün qəbulolunmazdır. Oriental rəqs kişilər üçündür. Aygün oxuyur, rəqqasə də özünü orada öldürür. Yanını vurur qıza, qız qıza yan vurar?"