Küçədə gənc qadına hücum edib öldürdülər


Dünya 09 Fev 2019 11:27:00 218 0

Küçədə gənc qadına hücum edib öldürdülər

İngiltərənin paytaxtında qorxunc olay baş verib.

Son.az azmedia.az-a istinadla xəbər verir ki, Londonda bir qadın ibtidai məktəbdən bir neçə metr aralıda yerləşən yaşayış məhəlləsində maşından sıçrayan şəxs tərəfindən bıçaqlanaraq öldürülüb.

Hücuma məruz qalmış qadın hadisə yerində dünyasını dəyişib. Cinayəti törədən şəxs hadisə yerindən qaçaraq uzaqlaşıb. Lakin polislər tərəfindən cinayətkar şəxs həbs olunub, ikinci bir şəxs cinayətə yardım etmək şübhəsiylə saxlanılıb. Hadisənin şahidləri hava təcili yardımının məktəbə yaxın ərazidə yerə endiyini söyləyiblər. Şahidlərdən biri cinayətkarların polis tərəfindən tutulduqlarını gördüyünü deyib.