Ovçuluq təsərrüfatlarının müasir tələblərə uyğunlaşdırılması planlaşdırılır


Digərləri 09 Fev 2019 10:51:00 197 0

Ovçuluq təsərrüfatlarının müasir tələblərə uyğunlaşdırılması planlaşdırılır

Mövcud ovçuluq təsərrüfatlarının müasir, sivil tələblərə uyğun yenidən qurulması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, görüşdə qeyri-hökumət təşkilatlarının, ovçuluq və ovçuluğun təşkili sahəsində ixtisaslaşmış şirkətlərin nümayəndələri iştirak ediblər.

Ovçuluq təsərrüfatlarının müasir tələblərə uyğun yenidən qurulması məqsədilə nazirlik tərəfindən ilk dəfə təşkil olunan görüşdə ovçuluq təsərrüfatlarının durumu barədə geniş təqdimat keçirilib, Azərbaycanda ov turizminin inkişaf perspektivləri müzakirə olunub.