Sabunçuda 5 yaşlı körpəsini boğub öldürən anadan xəbər var


Digərləri 09 Fev 2019 10:42:00 465 0

Sabunçuda 5 yaşlı körpəsini boğub öldürən anadan xəbər var

Sabunçu Rayon Məhkəməsində 5 yaşlı övladını qəsdən öldürən Qulibəyova Nazilə Yusub qızı ilə bağlı təyin olunan məhkəmə tibbi ekspertizasının müddəti uzadılıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərarı hakim Süleyman Ağayev verib.

Xatırladaq ki, 5 yaşlı uşağını boğaraq öldürməkdə təqsirləndirilən Nazilə Qulibəyova ilə bağlı məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib və hakim qadının anlaqlı olub-olmaması ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin edib.

Belə ki, məhkəmə proseslərinin birində keçmiş gəlininin xarakterindən danışan N.Qulubəyova bildirib ki, o, tək yaşamağı sevirdi, rəfiqələri olmayıb, ətrafdakılarla ünsiyyəti yox idi.

Məhkəmədə sualları cavablandıran Nataliya Qulubəyova nəvəsinin kim tərəfindən öldürülməsi haqda suala belə cavab verib:

"Mən əminəm ki, anası tərəfindən öldürülüb. Mən evə girəndə mənzərəni gördüm. O, heç bir reaksiya vermirdi. Nəvəm başqa otaqda yerdə uzanmışdı. Nazilə isə başqa otaqda divanda oturmuşdu. Heç bir reaksiya vermirdi, heç nə danışmırdı. Bir ana övladına necə qıya bilər? Mən də anayam, övladım yaşasın deyə, canımı verərəm".