Rusiya Ukraynadakı seçkiləri tanımayacağının anonsunu verdi


Dünya 09 Fev 2019 10:15:00 378 0

Rusiya Ukraynadakı seçkiləri tanımayacağının anonsunu verdi

Rusiya vətəndaşlarının Ukraynada keçirilən prezident seçkilərinə müşahidəçi qismində qatılmasının qadağan edilməsi bizə haqq verir ki, bu seçkiləri tanımayaq.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə rusiyalı senator Aleksey Puşkov bildirib.

"Rusiyalı müşahidəçilərin seçkilərdə iştirakının qadağan edilməsini nəzərdə tutan qanun layihəsinin qəbulu ilə Ukrayna beynəlxalq öhdəlikləri pozdu. Heç bir sanksiya olmayacaq. Lakin bu seçkiləri tanımamaq üçün hər cür haqqımız var. Buna xeyli səbəb var", - Puşkov bəyan edib.