Kriştianu Ronaldunun ailəsində iki faciə:


Digərləri 09 Fev 2019 10:02:00 470 0

Kriştianu Ronaldunun ailəsində iki faciə:

Dünyanın ən məşhur futbolçularından biri, İtaliyanın "Yuventus" klubunun forvardı Kriştianu Ronaldunun anası Mariya Doloreş duş Santuş Aveyruda döş xərçəngi aşkarlanıb.

Son.az Hola-ya istinadən bildirir ki, oğlunun 35-ci ad gününə qatılmaq üçün İtaliyaya yollanmazdan əvvəl Portuqaliyada jurnalistlərin suallarını cavablayan 64 yaşlı Aveyrunun sözlərinə görə, 12 il əvvəl, 2011-ci ildə İspaniyanın paytaxtı Madriddə döş xərçəngi ilə bağlı cərrahiyyə əməliyyatına məruz qalmışdı.

"Sonra şüa terapiyasından keçdim. Lakin, sən demə, xərçəng şişləri tam yoxa çıxmayıbmış. İndi müalicəmi davam etdirirəm. Kriştianuya bu barədə deməmişdim", - futbolçunun anası söyləyib.

Kriştianu Ronaldu isə qeyri-rəsmi nikahda olduğu xanımı Corcina Rodrigeslə birlikdə Argentinada, qayınatası Xorxe Eduardo Rodrigesin dəfnindədir.

70 yaşlı Eduardo Rodriges gənclik illərində peşəkar futbolçu olsa da, ciddi uğurlar əldə etməyib.


Xəbərə aid fotolar