Bakıda "Mirana Atelier Alta Moda"nın təqdimatı və parlaq "Back to Edem" dəfiləsi FOTO


Digərləri 09 Fev 2019 09:23:32 247 0

Bakıda "Mirana Atelier Alta Moda"nın təqdimatı və parlaq "Back to Edem" dəfiləsi  FOTO

Bakıdakı "Four Seasons Hotel Baku"da yeni "Mirana Atelier Alta Moda" brendinin təqdimatı və istedadlı gənc dizayner Mirana Hümbətovanın "Back to Edem" adlı əli işi olan ziyafət geyimlərindən ibarət  parlaq kolleksiyasının debüt nümayişi keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, mərasimə incəsənət və moda aləminin nümayəndələri, diplomatik missiyaların təmsilçiləri, yaradıcı ziyalılar və gənclər qatılmışdılar.

Moskva və Milanda təhsil almış gənc dizayner Mirana Hümbətova üçün moda gözəllik vasitəsilə incəsənət əsəri qismində insanlara təsir vaitəsidir.

Onun üçün "Mirana Atelier Alta Moda" yüksək moda atelyesidir.

"Uşaqlıq illərimdən moda dünyasına, xüsusilə də ziyafət paltarlarına böyük marağım vardı. Həmişə bu işlə məşğul olmaq və eksklüziv kolleksiyalarımı yaratmaq istəyirdim. Nəhayət ki, arzularımı reallaşdıra bildim. Debüt kolleksiyamda illərdən bəri yığılan və gerçəkləşəcəyi anı gözləyən bütün ideyalarım cəmləşib. Kolleksiyamın adının da "Back to Edem" ("Edemə qayıdış") seçilməsi təsadüfi deyil. Ad, dünyanın yaradılışını çatdırmağa çalışaraq Adəm və Həvva obrazlarını yaratdığım paltarda əllə tekstil boyaları ilə çəkərək bu mövzunu stilizasiya etməyə can atmışam. Ona görə də yaradılmış kolleksiya həmin ideyanın reallaşmasıdır - çiçək motivli, kəpənəklli, cənnət quşları assosiasiyası yaradan lələkli paltarlar...  Bu paltaralrın hamısı əl işidir, xüsusi parçalardan tikilib, eksklüzivdir və yüksək modanı əks etdirir", - M.Hümbətova deyib.