İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı


Dünya 09 Fev 2019 09:07:54 187 0

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı

Türkiyənin İstanbul şəhərində 8 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 16 nəfər çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

S.Soylu deyib: "Bizim sizə verdiyimiz son məlutlarda 14 nəfər öldüyü, 14 nəfərin isə xilas edildiyi bildirilirdi. Lakin daha sonra dağıntılar altında daha 2 nəfərin cəsədi çıxarılıb - Şevval Yıldız və Eylül Dərvişoğlunun".

Qeyd edək ki, daha öncə İstanbulun qubernatoru Əli Yerlikaya bildirib ki, binanın əlavə 3 mərtəbəsi qeyri-qanuni tikilib. Ə.Yerlikaya xilasetmə əməliyyatlarının aparıldığı rayonda sakitçiliyə riayət etməyə və xilasedicilərə mane olmamağa səsləyib.