Tesla 218 milyon dollara şirkət aldı


Digərləri 09 Fev 2019 08:31:00 210 0

Tesla 218 milyon dollara şirkət aldı

Tesla şirkəti Amerikanın Maxwell Technologies adlı şirkətini alıb. Bu şirkət vasitəsilə Tesla öz elektromobil modellərində batareyaların ömürlərini uzatmağı və elektromobillərin daha yüksək yol qətt etmələrinə nail olmağı planlaşdırır. Bu barədə Techcrunch saytı xəbər verib. Məlumata əsasən Tesla şirkəti Maxwell Technologies-i 218 milyon dollara alıb.

Son.az technote.az-a istinadən bildirir ki, sözügedən şirkətin əsas məhsulu yüksək həcmli superkondensatorlardır. Həmin superkondensatorlar müasir litium-ion batareyalardan fərqli olaraq daha az sıxlıqlı enerjiyə sahibdirlər. Lakin buna baxmayaraq onlar enerjini daha sürətli yığır və ötürürlər. Bu isə elektromobillərdə və hibrid avtomobillərdə enerjinin bir hissəsinin geri alınması sistemi üçün lazım olan əsas elementlərdən biridir. Maxwell Technologies həmçinin batareyalar üçün "quru" elektrodlar üzərində də çalışır.